Dünya

CHP-dən deputat seçildi

Ötən gün Türkiyədə keçirilən prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Jamaz.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinə (TBMM) seçilənlər sırasında CHP-nin namizədi, “Taraf” qəzetinin yazarı Yüksel Taşkın xüsusilə diqqət çəkib.

Belə ki, İzmirdən seçilən Yüksel Taşkın dəfələrlə çıxışlarında CHP-nin yürütdüyü “Kamalizm” ideologiyasını tənqid edib. “Kamalizm”i irqçilik hesab edən siyasətçinin deputat seçilməsi birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizi açılıb. Parlament seçkilərinin nəticələrinə görə, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 faiz səs toplayıb. Ümumilikdə Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button