Dünya
Çavuşoğlu koronavirusa yoluxdu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusa yoluxub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə türkiyəli nazir özü açıqlama verib.
O bildirib ki, özünü yaxşı hiss edir. “Bu gün testin nəticəsi olaraq pozitiv çıxdı. Allaha çox şükür, xəstəliyi yüngül keçirirəm. Fəaliyyətimə bir müddət evdən davam edəcəm. Allah bütün xəstələrimizə şəfa versin”.