Dünya

Çavuşoğlu: Ehtiyac olsa, Ermənistanla bağlı digər addımlar da atarıq

Türkiyənin xarici işlər naziri Cənubi Qafqazla bağlı danışıb.

Jamaz.info xəbər verir ki, o, NTV-yə müsahibəsi zamanı bu mövzuya toxunub.

“Türkiyə Ermənistanla normallaşmasında səmimiyyət nümayiş etdirir. Lakin Ermənistanda “Nemezis” əməliyyatına abidə ucaldılır. Bunu qəbul edə bilmərik. Biz cavab olaraq uyğun addım atdıq və ölkəmizin hava məkanını Ermənistana qapatdıq. İrəvan bizi aldada bilməz. Ehtiyac yaransa, zərurət olsa, digər addımları da nəzərdən keçirə bilərik. Azərbaycan da normallaşmanın tərəfdarıdır. Amma Ermənistan tərəfi Qarabağa silah-sursat daşımaqla gərginliyə səbəb olur”, – deyə o bildirib.

Çavuşoğlu Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyəti qəbul edə bilmədiyini bəyan edib. Türkiyə XİN başçısı Avropa İttifaqını da tənqid edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button