Dünya

Cənubi Koreya Ukraynaya hərbi yardım etməyi düşünür

Cənubi Koreya Ukraynaya “geniş miqyaslı mülki hücuma məruz qalacağı təqdirdə” hərbi yardım göstərə bilər.

Jamaz.info “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Yun Seok Yeol deyib.

Yeol bildirib ki, onun hökuməti 1950-53-cü il Koreya müharibəsi zamanı Cənubi Koreyanın beynəlxalq yardım aldığı kimi, Ukraynanı müdafiə etmək və yenidən qurmaq yollarını araşdırır.

Nəşr yazıb ki, bu, Seuldan ilk belə bəyanatdır. Prezident bu açıqlamaları ABŞ-a səfəri ərəfəsində verib.

Qeyd edək ki, Cənubi Koreya artilleriya sursatlarının, eləcə də zirehli texnikanın əsas istehsalçısıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button