Dünya

“Buna baxmayaraq, Tokayev öz kürsüsünü qoruyacaq” – Politoloq

“Qazaxstanda yeni hökumət təşkil ediləcək və bəzi addımlar atacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Qazaxstanda yaranmış vəziyyəti şərh edərkən deyib.Onun sözlərinə görə, yeni hökumət yaranmış vəziyyəti bir balaca düzəltməyə çalışacaq:
“Səhv qərarlar qəbul elədilər. Yeni hökumət də istiqaməti dəyişib, kasıb camaatın vəziyyətini, güzəranını düzəltməyə çalışacaq”.
Politoloq hesab edir ki, bütün bunlara baxmayaraq, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev öz kürsüsünü qoruyacaq:
“Möhkəmdir, onun arxasında Nazarbayev durur”.
Qazaxstanda yaranmış vəziyyətin başqa ölkələrdə təkrarlanmasına gəlincə, Zərdüşt Əlizadə deyir ki, bunun üçün zaman lazım olacaq:
“Hadisələr göstərəcək. Harda ki, əhalinin vəziyyəti pisdir, həmin ölkələrdə də bu baş verə bilər. Bahalaşma dünya miqyaslıdır. Düşünmürəm ki, bu bahalaşma dünya miqyasında ciddi bir dəyişikliyə gətirə”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button