Dünya

“Bu,məğlub olanların qisasıdır” – Zelenski Putini terrorçu adlandırdı

“Hər saat işğalçıların Xersona və regionun digər bölgələrinə hücumları barədə xəbərlər alıram. Rusiya ordusu Xerson vilayətini tərk etməyə məcbur olandan sonra terrora başladı. Bu, məğlub olanların qisasıdır”.

Jamaz.info xəbər verir ki, bunu Ukraya Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Dövlət başçısı vurğulayıb ki, Rusiya necə mübarizə aparacağını bilmir və buna görə də terrora əl atır. Onun sözlərinə görə, enerji, artilleriya və raket terroru deqradasiyanın nəticəsidir:

“Xalqımızı torpaqların azad edilməsi və Ukrayna üçün etibarlı təhlükəsizlik təminatı Rusiyanın istənilən eskalasiyasından qoruya bilər. Bunun üçün biz hər gün tərəfdaşlarla işləyirik. Tezliklə mühüm xəbərlərimiz olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button