Dünya

Buçada daha bir kütləvi məzarlıq aşkarlandı – FOTO

Rusiya ordusunun Ukraynanın Buça şəhərində törətdiyi vəhşilik və qətliamların miqyası daha da böyüməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, indiyə qədər şəhərdə iki kütləvi məzarlıq aşkarlanıb. Onlarda toplam 280 nəfərin dəfn edildiyi bildirilir.

Bundan başqa, Buça küçələrində qətlə yetirilmiş mülki əhalinin sayı isə 110 nəfər olub. Ətrafdakı qətl edilən insanlarla birlikdə Buçada rusların öldürdüyü günahsız insanların sayı 410 nəfərə çatıb.

Lakin bu gün Buçada daha bir kütləvi məzarlıq aşkarlanıb. JAMAZ.İNFO xəbər verir ki, məzarlıq Maxar Technologies şirkətinin peyk çəkilişləri zamanı Buçadakı Aandrey Pervozvannı Kilsəsinin həyətində müəyyən edilib. Həmin kütləvi məzarlığın martın 10-dan sonra salındığı və uzunluğunun isə 13.7 metr olduğu müəyyən edilib. Orada konkret olaraq nə qədər günahkar insanın dəfn edildiyi dəqiqləşdirilir. İlkin ehtimala görə, ruslar tərəfindən öldürülüb, kilsənin həyətində bastırılan buçalıların sayı 70 nəfərə yaxındır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button