Dünya

Bu, Rusiyanın terroruna son qoyacaq – Kuleba

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin Rusiya tərəfindən raket hücumlarına məruz qalınmasına münasibət bildirib.

Jamaz.info xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb.

“Ukrayna və ukraynalıları hədəf alan hər bir Rusiya raketi və ya dronu əvəzinə Ukrayna üçün bir haubitsa, bir tank, bir zirehli maşın olmalıdır. Bu, Rusiyanın Ukraynaya qarşı terroruna son qoyacaq, Avropada və kənarda sülh və təhlükəsizliyi bərpa edəcək”, – deyə Kuleba bildirib.

Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button