Dünya

Bu ölkələr Rusiyaya qarşı sanksiyaları bloklayır

Fransa, Macarıstan və Bolqarıstan Rusiyanın nüvə enerjisi sənayesinə qarşı sanksiyaları bloklayır

Jamaz.info “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, Fransa, Macarıstan və Bolqarıstan Aİ-nin Rusiyanın nüvə enerji sektoruna, o cümlədən “Rosatom”-a qarşı sanksiyalarını bloklayır.

Polşanın Aİ-dəki daimi nümayəndəsi Anjey Sadoş isə deyib ki, Varşava Rusiyanın nüvə enerjisinə qarşı sanksiyalarda israrlıdır.

“Bu, Polşa postulatlarından biridir. Biz Ukrayna tərəfi ilə sıx əməkdaşlıq şəraitində bunun üzərində işləyirik. Biz “Rosatom”un öz immunitetindən istifadə etməyə başlamasına, fəaliyyətini digər sahələrə də genişləndirməsinə diqqət yetiririk”, – o deyib.

Fransa daha əvvəl AES-lərində Rusiyanın nüvə yanacağını istifadə etdiyini bəyan etmişdi. Macarıstanda “Rosatom” Paks atom elektrik stansiyasının iki yeni enerji blokunu tikir.

Məlum olduğu kimi, Macarıstan “Rosatom” ilə birlikdə özünün Paks atom elektrik stansiyasının yeni enerji bloklarının tikintisini davam etdirir. Yanvarın sonunda Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ölkəsi Avropa İttifaqının nüvə enerjisi ilə bağlı Rusiyaya qarşı istənilən sanksiyalarına veto qoyacaq.

Ukrayna bəzi tərəfdaşları ilə AB-də de-fakto təcavüzdə iştirak edən bir şirkət kimi Rusiyanın “Rosatom”una qarşı sanksiyalar ideyasını irəli sürür və ilk növbədə ayrı-ayrı məmurlara qarşı şəxsi sanksiyalara nail olmağa ümid edir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button