Dünya

Bu ölkə İranla münasibəti bərpa edir

İran və Səudiyyə Ərəbistanı münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

Jamaz.info xəbər verir ki, Pekində İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpası haqqında saziş imzalanıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Tərəflər iki ay ərzində səfirlik və nümayəndəliklərin açılması barədə razılığa gəliblər.

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri sazişin icrasını müzakirə etmək üçün görüşəcəklər.

Xatırladaq ki, Tehran və Ər-Riyad arasında diplomatik əlaqələr 2016-cı ildə tanınmış şiə ilahiyyatçısı Nimr əl-Nimrin edamına etiraz edənlərin Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndəliklərinə hücumundan sonra kəsilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button