Dünya

Bu ölkə elektron siqaretlərin satışını qadağan etdi

Avstraliyanın Səhiyyə naziri Mark Butler elektron siqaretlərin satışını məhdudlaşdırıb.
Jamaz.info xəbər verir ki, bu addımın atılmasında elektron siqaretin məktəblər və gənclər arasında geniş yayılması əsas gətirilib.
Butler açıqlamasında qeyd edib:
“Siqaret şirkətləri daha bir asılılıq yaradan məhsul kəşf edib, parlaq qablaşdırmalara büküblər. Yeni nəsil nikotin aludəçilərinin çoxalması üçün ona dad da əlavə ediblər”.
Butler, elektron siqaretlərin liseylərdə bir nömrəli davranış problemi halına gəldiyinə diqqət çəkib. Bu məhsulların qəsdən uşaqlara ünvanlandığını və pərakəndə satış mağazalarından asanlıqla əldə olunduğunu vurğulayıb.
Səhiyyə Nazirliyi bəzi məktəb tualetlərində elektron siqaretlər üçün detektorlar quraşdırmağa başlayıb.(bakupost)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button