Dünya

Bu ölkə də Ukraynaya tank və zenit qurğuları göndərir

Belçika hökuməti Ukraynaya hərbi dəstək çərçivəsində zenit və tank əleyhinə silahlar göndərməyi planlaşdırır.

Jamaz.info xəbər verir ki, Belçikanın müdafiə naziri Ludivine Dedonder yardım qərarını bu gün Almaniyanın Ramşteyndəki ABŞ bazasında 30-dan çox ölkənin müdafiə nazirlərinin iştirakı ilə Ukraynaya hərbi dəstəyin müzakirə ediləcəyi Ukrayna Təmas Qrupu Toplantısından əvvəl açıqlayıb.

Ukraynaya hərbi və mülki dəstəyin davam etdiyini xatırladan Dedonder, bunu artıracaqlarını bildirib. Dedonder, Ukraynaya göndəriləcək tank və zenit silahlarının dəyərinin təxminən 90 milyon avro olduğunu bildirib.

Belçika müdafiə nazirinin açıqladığı hərbi yardımın Nazirlər Şurasının bu gün keçiriləcək iclasında müzakirə edilərək təsdiqlənməsi gözlənilir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button