Dünya

Bu 4 ölkə İranı beynəlxalq məhkəməyə verdi

Ukrayna, Böyük Britaniya, Kanada və İsveç 2020-ci ildə Tehran hava limanından qalxarkən vurulan Ukrayna sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı birgə iddia qaldırıb.

Jamaz.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bu dövlətlərin diplomatik idarələrinin birgə bəyanatında deyilir.

“Biz Kanada, İsveç, Ukrayna və Böyük Britaniyanı təmsil edən nazirlər, İranın Ukrayna Beynəlxalq Hava Yollarının PS752 reysinin qanunsuz vurulmasına görə məsuliyyət daşımasını təmin etmək üçün birgə səylərimizdə mühüm addım atdıq”, – deyə məlumatda bildirilir.

Sənəddə xatırladılır ki, İran dörd ölkənin 28 dekabr 2022-ci ildə təqdim etdiyi bu mübahisənin həlli üçün arbitraj tələbinə cavab verməyib.

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 (Boeing 737-800) reysi 8 yanvar 2020-ci ildə Tehran hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Ölən 176 nəfər arasında Əfqanıstan, İngiltərə, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları var. Yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığında uçan “Boinq”i səhvən vurduqlarını və təyyarəni “düşmən hədəfi” ilə səhv saldıqlarını açıqlayıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button