Dünya

Britaniya və Aİ G20 sammitində Rusiyanı boykot edəcək

Böyük Britaniya və Avropa İittifaqı (Aİ) gələn həftə İndoneziyada keçiriləcək G20 sammitində Rusiya nümayəndə heyətinin çıxışlarını boykot etmək niyyətindədir.

JAMAZ.İNFO xəbər verir ki, “The Daily Telegraph” qəzetinin cümə günü Aİ rəsmilərinə istinadən verdiyi məlumata görə, London və Brüssel forumda Moskvanı təcrid etmək niyyətindədirlər.

“Böyük Britaniya bütövlükdə Aİ ilə xarici siyasəti əlaqələndirməkdə maraqlı deyil, lakin bu məsələdə bizim məqsədimiz eynidir” – deyə Aİ xarici xidmət nümayəndəliyinin bəyanatında qeyd olunur.

“Daily Telegraph” qeyd edir ki, Böyük Britaniya və Avropa İttifaqı sammit zamanı Rusiya Federasiyasını Ukraynadakı münaqişəni deeskalasiya etməyə çağıracaq.

Eyni zamanda, Aİ sülh yolu ilə nizamlanma üzrə danışıqların Kiyev üçün məqbul şərtlərlə aparılmalı olduğunu açıq şəkildə bildirmək niyyətindədir. Eyni zamanda, Avropa ölkələri hesab edirlər ki, Moskva və Pekinin mövqeyinə görə Rusiya Federasiyasına qarşı deeskalasiyaya dair istənilən çağırış sammitin yekun bəyannaməsində öz əksini tapmaya bilər. Aİ nümayəndəsi Rusiya-Çin əməkdaşlığını “hüdudsuz dostluq” kimi qiymətləndirib.

G20 sammiti noyabrın 15-16-da Balidə keçiriləcək. Rusiya prezidenti Vladimir Putin bu görüşə getməyəcək, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcəyi bildirilir.

Qeyd edək ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin qərarı ilə rus qoşuları Ukraynaya ərazisinə daxil olaraq ölkənin ərazilərini iğal edib. Bundan sonra Qərb dölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi və Ukraynaya hər cür yardım göstərilməsi barədə qərar veriblər. Sentyabrın sonlarından Ukrayna Silahlı Qüvvələri əkc-hücuma keçərək xeyi ərazini işğaldan azad edib.(Bizimyol.info)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button