Dünya

“Bizi sıxışdırmağa çalışanlar indi pis vəziyyətdədirlər” – Ərdoğan

“Bizi sıxışdırmağa çalışanların hamısı indi bizdən çox-çox pis vəziyyətdədirlər”.

Jamaz.info  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə İşəgötürənlər Sindikatları Konfederasiyasının (TİSK) toplantısında çıxışı zamanı deyib.

“Biz öz gücümüzlə, öz siyasətimizlə ayaqda qaldığımız, öz hədəflərimizə görə yol getdiyimiz üçün hamı ilə danışmağa, hər kəslə işləməyə davam edirik. Amma dünyanı yenidən ikiqütblü hala gətirmək üçün toqquşmaları və gərginliyi davam etdirənlər, bunlara tabe olanlar təhlükəsizlik və rifahlarını təhdid edən sınaqlardan keçirlər. Bizi sıxışdırmağa çalışanların hamısı indi bizdən çox-çox pis vəziyyətdədirlər. Dünən bizi boğmaq istəyənlər bu gün bizə ümid edirlər. Onlar ümidlərini bizə bağladıqlarını ifadə edirlər”, – deyə Ərdoğan bəyan edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button