Dünya

Bill Qeyts pandemiyanın bitəcəyi tarixi açıqladı

“Microsoft” şirkətinin yaradıcısı, milyarder Bill Qeyts COVID-19 pandemiyasının yekunlaşmasının mümkün tarixini açıqlayıb.

Bu barədə o, özünün “Tvitter” hesabında yazıb.

Onun fikrinə görə, koronavirus pandemiyası 2022-ci ildə yekunlaşa bilər, hərçənd, “omikron” ştamının ortaya çıxmasına görə hazırda onun ən çətin dövrü yaşanılır. Qeyts bildirib ki, tarixdə heç bir virus bu qədər sürətlə yayılmayıb.

“O, tezliklə bütün ölkələrdə olacaq”, – deyə xəbərdarlıq edən milyarder yeni ştama ciddi yanaşmağı tövsiyə edib, çünki onun nə qədər ağır simptomlar doğurduğu hələ məlum deyil.

“Əgər o, “delta”-nın yarısı qədər ciddi olsa belə, gördüklərimiz arasında ən pis dalğa olacaq, çünki olduqca yoluxucudur”, – Qeyts yazıb. Bununla belə o bildirib ki, gələn il pandemiyanın son ili ola bilər.

“Bu vəziyyətdə yaxşı olan bir şey varsa, bu da odur ki, “omikron” o qədər sürətlə yayılır ki, hər hansı bir ölkədə dominant olduqda, orada yoluxma dalğası üç aydan çox davam etmir”, – milyarder yazıb. O, həmin üç ayın ağır keçə biləcəyini vurğulayıb, amma əlavə edib ki, əgər doğru addımlar atılsa, pandemiya 2022-ci ildə yekunlaşa bilər.

Bill Qeyts həm də beynəlxalq birliyini vaksinasiya və xəstəliyin müalicəsi sahəsində xeyli uğurlar qazandığını bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button