Dünya

Belçikada TikToka-a giriş qadağan olundu

Belçikada dövlət işçilərinin elektron cihazlarında TikTok-a giriş bloklanıb.
Jamaz.info xəbər verir ki, bu qərar Milli Təhlükəsizlik Şurasının iclasından sonra açıqlanıb.
Baş nazirin müavini Corcs Gilkinet “Twitter” hesabından verdiyi açıqlamada qadağa qərarının dövlət səviyyəsində alındığını bildirib.
Gilkinet bundan sonra yalnız “Facebook” və Twitter-də olacağını da bildirib.
Qeyd edilib ki, federal hökumətlə yanaşı, Flaman bölgəsi də ictimai işçilər üçün TikTok-a qadağa tətbiq edəcək. Valon bölgəsinin də yaxın vaxtlarda eyni qərarı verəcəyi gözlənilir.
Belçika Kibertəhlükəsizlik Mərkəzi də məsələ ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, “TikTok” istifadəçilərdən əhəmiyyətli miqdarda məlumat toplayır, bəzən istifadəçilər bundan xəbərsiz olur. Bu da məxfiliyin pozulması baxımından risk yaradır.
Həmçinin, qeyd olunub ki, “TikTok” alqoritmlər vasitəsilə məlumat axını və məzmunu manipulyasiya edə bilər. Çin qanunları TikTok-u Çin kəşfiyyatı ilə əməkdaşlığa məcbur edir.
Qeyd edək ki, başda ABŞ olmaqla, bəzi Qərb ölkələri və Avropa İttifaqı (Aİ) qurumları son həftələrdə rəsmi işçilərin iş üçün istifadə etdiyi cihazlarda TikTok-un istifadəsini qadağan edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button