Dünya

Belçika XİN vətəndaşlarını İrandan çıxmağa çağırdı

Belçika Xarici İşlər Nazirliyi öz vətəndaşlarını, o cümlədən ikili vətəndaşlığı olanları İranı tərk etməyə və bu ölkəyə lazımsız səfərlərdən çəkinməyə çağırıb. JAMAZ.İNFO xəbər verir ki, nazirlik İranda olan Belçika vətəndaşlarının həbs və əsassız məhkum edilmə riski ilə üzləşə biləcəyini vurğulayıb.

Nazirlik açıqlamasında qeyd edib: “Bu risk hətta İranda turizm məqsədi ilə gedən şəxslərə də şamil edilir. Əgər bu şəxslər həbs olunarsa,  onların hüquqlarını təmin edə bilməyəcəyik.  Xəbərdarlıq edirkir ki, Belçikanın İrandakı Səfirliyi konsulluq yardımı göstərmək üçün son dərəcə məhdud imkanlara malikdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button