Dünya

Belarusiyada Rusiya-Ukrayna danışıqları başladı

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı məlumat yayıb.

Məlumatda deyilir ki, danışıqların nə qədər davam edəcəyi məlum deyil. Ukraynanın tək tələbi var: “Təcili döyüşlər dayandırılsın və Rusiya ordusu ölkə ərazisini tərk etsin”.

Ukraynadan olan nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov, Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın TCG-dəki nümayəndə heyətinin rəhbəri Andrey Kostin, Xalq deputatı Rustem Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir.

Danışıqlarda Rusiya nümayəndə heyətini isə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov, deputat Leonid Slutski, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir. Nümayəndə heyətinə Vladimir Medinski başçılıq edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button