Dünya

Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun yeni konstitusiyasının qəbulundan sonra növbədənkənar prezident seçkiləri ehtimalını dəyərləndirib. 

O, bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb.

Lukaşenko bildirib ki, Belarus konstitusiyasına dəyişikliklər haqqında referendumdan sonra parlament və Ümumbelarus məclisinə yeni seçkilər keçiriləcək. Bu zaman o, növbədənkənar prezident seçkilərinin keçiriləcəyini də istisna etməyib.

Dövlət başçısı deyib ki, seçkilər əgər “prezident qərar verərsə”, ya da əsas qanununun keçici müddəalarında Belarus prezidentinin seçilməsi üçün başqa müddətlər göstərilərsə, keçirilə bilər.

Lukaşenko yeni konstitusiyanın qəbulunun əhəmiyyətini daha əvvəl izah edib. O, bildirib ki, dəyişikliklərin mahiyyəti səlahiyyətlərin bölüşdürülməsi və yeni hakimiyyət strukturunun yaradılmasıdır. Dəyişikliklər qəbul edilərsə, parlament və hökumətin rolu artacaq, amma güclü prezident hakimiyyəti də saxlanılacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button