Dünya

Bayden yenə səhv saldı: “Putin İraqdakı müharibəni uduzur”

ABŞ prezidenti Co Bayden yenidən çıxışı ilə gündəmə gəlib.

Jamaz.info xəbər verir ki, o, Ağ Evdə jurnalistlərlə söhbət edən zaman yenə səhvə yol verib.

Bayden Putinin Ukrayna əvəzinə “İraqdakı müharibəni uduzduğunu” deyib. “O, İraqdakı müharibəni uduzur, ölkə daxilindəki müharibəni uduzur”, – ABŞ lideri bildirib.

ABŞ Prezidentinin üzünə diqqətlə baxan jurnalistlərin nəzərindən daha bir detal yayınmayıb. Baydenin hər iki yanağında düzbucaqlı izlər yaranıb. Adı açıqlanmayan Ağ Ev rəsmisi Baydenin yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün son həftələrdə xüsusi cihazdan istifadə etməyə başladığını bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button