Dünya

Bayden Ukraynaya buna görə getməyəcək

Ağ Evdəki anonim mənbələrin məlumatına görə, ABŞ prezidenti Co Bayden təhlükəsizliyinə təhdid olduğu üçün Ukraynaya və paytaxt Kiyevə səfər etmək niyyətində deyil.

Jamaz.info xəbər verir ki, Amerika liderinin rəsmi səfərdən imtinasının səbəbini “Politico” nəşri açıqlayıb.

“Hazırda Baydenin Kiyevə səfəri əsasən təhlükəsizlik riskləri səbəbindən planlaşdırılmır”, – qəzet yazıb.

Bundan əvvəl Bayden ukraynalı həmkarı Vladimir Zelenskiyə Vaşinqtonun prioritetinin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək olduğuna inandırmışdı.

“Prezident Bayden təhlükəsizlik yardımı vasitəsilə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün ABŞ-ın prioritet addımını vurğuladı”, – bəyanatda deyilir.

Bayden, həmçinin Ukrayna liderinin BMT Nizamnaməsinin fundamental prinsiplərinə əsaslanan “ədalətli sülh”ə hazır olduğunu alqışlayıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button