Dünya

Bayden Ukraynanın qələbəsindən qorxur – Bolton

ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton hesab edir ki, ölkənin hazırkı rəhbəri Co Bayden Rusiyanın məğlubiyyətini istəyir, eyni zamanda Ukraynanın qələbəsindən qorxur.

Jamaz.info xəbər verir ki, bu barədə o, “The Wall Street Journal”da dərc olunan məqaləsində bildirib.

Bolton, həmçinin Baydeni Moskvanı təsirli şəkildə cilovlaya bilməməkdə ittiham edib. Onun sözlərinə görə, Rusiyanın eskalasiya hədələri blefdir: “ABŞ ilə NATO-nu geri itələyən Rusiyadır”.

“İndi Rusiya ilə Ukrayna arasında qarşıdurma hərbi dalana girib və indiki vəziyyət Kremlə sərfəlidir, Kiyevin Qərb tərəfdaşları isə Ukraynaya hansı silahların veriləcəyi ilə bağlı çaş-baş qalıb”, – deyə Bolton vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button