Dünya

“Baş verənlərə görə Rusiya məsuliyyət daşıyır” – NATO

“Polşaya düşən raket Ukrayna hərbi hava qüvvələri tərəfindən Rusiyanın qanadlı raketlərini zərərsizləşdirmək və özünü müdafiə etmək üçün atılıb”.

Jamaz.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Polşaya endirilən raket zərbəsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

NATO Baş katibi qeyd edib ki, noyabrın 15-də axşam Rusiya Ukrayna ərazilərinə kütləvi raket zərbələri endirib.

Stoltenberq deyib ki, ilkin analizə əsasən, Ukrayna öz ərazilərini qorumaq üçün və Rusiyanın raket zərbələrini zərərsizləşdirmək üçün zərbələr endirib:

“Araşdırma davam edir və biz nəticəni gözləməliyik. Bunun qəsdən törədilmiş bir hücum olduğuna dair heç bir əlamət yoxdur. Həmçinin Rusiyanın NATO-ya qarşı aqressiv hərbi əməliyyatlara başlayacağına dair heç bir hazırlıq əlaməti yoxdur”.

“Bu, Ukraynanın günahı deyil, baş verənlərdə Rusiya məsuliyyət daşıyır”, – deyə NATO baş katibi vurğulayıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button