Dünya

Avropa Parlamentinin vitse-prezidenti həbs edildi

Avropa Parlamenti sədrinin müavini Eva Kayli futbol üzrə Dünya Çempionatında korrupsiya ittihamı ilə saxlanılıb.

Polis avroparlamentin Yunanıstandan seçilmiş deputatını Brüsseldə həbs edib.
Bir müddət əvvəl “France Soir” qəzeti güc strukturlarının Brüssel və ətraf kommunalarda 14 axtarış həyata keçirdiyini xəbər vermişdi. Qəzet yazır ki, məsələ ilə bağlı ilin əvvəlindən araşdırma aparılırdı. Saxlanan şəxs nüfuz təmsilçiliyi üçün Qətərdən rüşvət almaqda təqsirləndirilir.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button