Dünya

Atambayev həbsdən azad edildi: Günahı yox imiş

Qırğızıstanın sabiq prezidenti, 2011-2017-ci illərdə ən yüksək postu tutan, bir sıra korrupsiya və siyasi maddələrdə ittiham olunan Almazbek Atambayev cəzaçəkmə müəssisəsindən azad edilib.

Jamaz.info Publika.az-a istinadənxəbər verir ki, Atambayevlər ailəsindəki mənbə TASS-a deyib: “İndi biz evə gedirik.

Sosial Demokratlar Partiyasının sədri Temirlan Sultanbekov siyasətçinin azadlığa buraxılması ilə bağlı məlumatı təsdiqləyib. O qeyd edib ki, Batukayevin azad edilməsi işi üzrə hökm ləğv edilib. Atambayev bundan əvvəl kriminal avtoritet Əziz Batukayevi qanunsuz olaraq həbsdən azad etməkdə təqsirli bilinib. Sultanbekov, həmçinin bildirib ki, Atambayev Kalıs-Ordoda məktəb tikintisi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə, Türkiyə vətəndaşlarına qanunsuz pasport verilməsi və dövlət hakimiyyətini ələ keçirməyə cəhdlə bağlı cinayət işləri üzrə tam bəraət alıb. Bundan əlavə, Sultanbekovun vurğuladığı kimi, hakimiyyət tərəfindən yaradılmış komissiya Daça-Suda qəzaya uğrayan təyyarənin yükü ilə bağlı Atambayevin günahsızlığını tam sübut edib. Belə ki, istintaq qrupu yaşayış binalarının üzərinə düşən təyyarədə qaçaqmal yükün olub-olmadığını müəyyən edib.

Atambayevin tərəfdarları onun müalicə məqsədilə xaricə getməsi üçün məhkəmənin icazəsini də yayıblar. Onların sözlərinə görə, siyasətçinin həyati vacib iki əməliyyata və sonrakı reabilitasiya kursuna ehtiyacı var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button