Dünya

“Armenian Report”: “Rus ordusu Ermənistan və Qarabağdan çıxarılmalıdır”

Ermənistanda Laçın dəhlizinin bağlanmasından sonra ruslara olan nifrətin artması müşahidə olunmaqdadır. Artıq yerli mediada da bununla bağlı çeşidli yazıların dərc edildiyi, rusların nəinki Qarabağdan, həm də Ermənistandan qovulması tələbləri gündəmə gəlməyə başlayıb.

JAMAZ.İNFO xəbər verir ki, bu istiqamətdə ən çox yazılar dərc edən saytlardan biri “Armenian Report”dur. Orada dərc olunan “Rusiya Ermənistanı satdı” başlıqlı yazıda vurğulanır ki, Ermənistan təcili olaraq bəzi addımlar atmalıdır. Yazının müəllifi qeyd edir ki, hal hazırda Rusiya Ermənistana zərər vurur və onun bölgədən çıxarılması olduqca vacibdir.

Müəllif bunun üçün İrəvanın atmalı olduğu addımları da sıralayıb. Sayt yazır: “Birinci növbədə, Rusiya hərbi bazasının Gümrüdən çıxarılması məsələsinə başlamağın vaxtı çatıb. Əgər biz bundan heç bir xeyir görmürdüksə, əksinə, vəziyyətin gərginləşməsi fonunda, ərazimiz, bu bazanın olması səbəbindən Türkiyə və NATO-nun hücum obyektinə çevrilə bilər. İkincisi, Ermənistanın Aİİ və KTMT-dən çıxmasıdır. Moskva ilə bütün təhlükəsizlik sazişlərinin denonsasiyası məsələsini gündəmə gətirmək lazımdır. Üçüncüsü, Qarabağdakı rus “sülhməramlılarının” fransız və amerikalılarla əvəz olunmasını tələb etməliyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button