Dünya

Armen Sarkisyan: “Ermənistan prezident üsul-idarəsinə keçməlidir”

“Ermənistanda konstitusiya dəyişdirilməli və yenidən prezident üsul idarəli ölkə olmalıdır. Bu bütün tərəflər üçün ən əlverişlisidir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın prezidenti Armen Sarkisyan deyib.

O deyib ki, hazırda Ermənistan parlament respublikasıdır. “Biz mütləq konstitusiyanə dəyişməli, preziden üsul-idarəsinə keçməliyik. Bunun üçün bizim yetərli qədər imkanımız var. Baxmayaraq ki, biz parlament ölkəsiyik və insanlar elə zənn edirlər ki, onlara böyük hakimiyyət verilib, lakin əvəzində məsuliyyət hissi azalıb”.

Xatırladaq ki, Ermənistanda konstitusiya 2015-ci ildə dəyişdirilib. Həmin dəyişikliyə əsasən ölkədə prezident üsul idarəsi ləğv olunub və onun yerini parlament hökuməti tutub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button