Dünya

Arazdəyəndəki metallurgiya zavodu bağlandı

Araz çayının çirkləndirməsi səbəbindən Azərbaycan tərəfindən sərt şəkildə etiraz bildirilən Ermənistanın Arazdəyən kəndindəki metallurgiya zavodu fəaliyyətini dayandırıb. JAMAZ.İNFO “Past” qəzetinə istinadən xəbər verir ki, zavodun fəaliyyəti iyunun 23-dən dondurulub.

Məlumatda bildirilir ki, zavodun nə zaman açılacağını heç kim bilmir. Arazdəyən kəndində yaşayan ermənilər də yerli mətbuata bildiriblər ki, zavod rəhbərliyi də hər hansı açıqlama verməkdə çətinlik çəkir. “Zavodun nə vaxt açılacağını heç kim bilmir. Hətta zavod rəhbərliyi də aydın heç nə deyə bilmir”.

Ermənilər zavodun üzərində ABŞ bayrağının qaldırılmasının da heç bir faydası olmadığını deyirlər. “Kəndin 100-ə yaxın sakini orada işlə təmin olunub. İndi isə hamı qeyri-müəyyənlik içindədir”.

Xatırladaq ki, erməni tərəfi zavod fəaliyyətə başlayan ərəfədə Azərbaycan hərbçilərinə qarşı bir neçə dəfə təxribata əl atmışdılar. Nəticədə, Arazdəyən istiqamətində Azərbaycan Ordusu bir neçə dəfə təxribatın qarşısını almaq üçün addımlar atmışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button