Dünya

Arayik Balasanyanı geri qaytarır: Azərbaycanla danışıqları o aparacaq

Qarabağdakı separatçı dəstənin başçısı Arayik Arutyunyan bir müddət əvvəl qondarma “təhlükəsizlik katibi vəzifəsi”ndən uzaqlaşdırdığı Vitali Balasanyanı geri qaytarmağa hazırlaşır.

Jamaz.info xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Arutyunyan artıq Balasanyanı geri qayıtmağa razı sala bilib.

“Çox güman ki, yaxın bir neçə gün ərzində onu hərbi müşavir təyin edib azərbaycanlılarla danışıqları davam etdirmək səlahiyyəti verəcək”, – deyə qəzet yazıb.

Nəşr qeyd edir ki, Vitali Balasanyanın “vəzifə”dən çıxarılması məsələsini “dövlət naziri” Ruben Vardanyan qaldırmış, onun Qarabağ ermənilərinin maraqlarını qoruya bilməyəcəyini, çünki danışıqlar aparan şəxs kimi Azərbaycanın tələblərini yerinə yetirməyə meylli olduğunu iddia etmişdi. Üstəlik, Vardanyan hesab edir ki, ümumiyyətlə, Azərbaycanla danışıqlar üçün mövzu yoxdur.

“Arayik Arutyunyan Vitali Balasanyanı yenidən arenaya gətirməklə bir neçə məsələni həll edir: azərbaycanlılarla danışıqların əleyhinə olmadığını göstərməyə çalışır, baş nazir Nikol Paşinyana Ruben Vardanyanın qərar qəbul edən şəxs olmadığını göstərir, eyni zamanda, sonuncunun istəyinin əksinə olaraq, Balasanyanı yenidən öz işinə qaytarır”, – deyə “Hraparak” yazıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button