Dünya

Ankaradan çağırış: İnsanların həyatı bundan asılıdır

Qərb ölkələri Rusiyanın taxıl sazişini həyata keçirməsinə mane olmaqda davam edəcək.

Jamaz.info xəbər verir ki, bu barədə Türkiyə Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağri Erhan bildirib.

“Amerikalılar və onların Qərb tərəfdaşları Rusiyanın taxıl sazişi də daxil olmaqla hər hansı gəlir əldə etməsini çətinləşdirməyə davam edəcək” deyə qeyd edib.

Erhan onu da qeyd edib ki, bu, hələ də humanitar məsələdir, bununla əlaqədar olaraq, BMT, sazişi sanksiyalardan qorumaq üçün bütün səyləri göstərməlidir.

“Bu, neft və ya silah ixrac etmək kimi deyil. İnsanların həyatı bundan asılıdır”- bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button