Dünya

Amerikalı general: “Rusiya Ukraynanı işğal edərsə, Yaxın Şərqdə vəziyyət gərginləşəcək”

“Rusiya Ukraynanı işğal edərsə, Suriya da daxil olmaqla, Yaxın Şərqdə daha genişmiqyaslı qeyri-sabitlik yarada bilər”. JAMAZ.İNFO xəbər verir ki, bunu ABŞ ordusunun general-leytenantı Erik Kurilla deyib.

Qeyd edək ki, Kurilla ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinə rəhbərlik edə biləcək ən şanslı namizədlərdən biri sayılır.

O, həmçinin Senatın Silahlı Qüvvələr Komitəsinə bildirib ki, Çin Mərkəzi Komandanlığı regionunda, o cümlədən ABŞ-ın Əfqanıstandakı ekstremist fəaliyyətlə bağlı kəşfiyyat məlumatı toplaması lazım olan ölkələrdə öz gücünü və xərclərini artırır. “Birləşmiş Ştatlar Çin və Rusiya ilə bir coğrafi regiondan kənara çıxan və Mərkəzi Komandanlığın məsuliyyət zonasına qədər uzanan yeni strateji rəqabət dövrü ilə üz-üzədir. ABŞ haqlı olaraq Çinlə rəqabətə üstünlük verdiyi üçün, biz Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya ilə əlaqələrimizi davam etdirməliyik”.

Rusiyanın Ukraynaya potensial müdaxiləsinin Yaxın Şərqdə mümkün əks-təsirləri barədə suala Kurilla cavab olaraq deyib ki, o, Rusiyanın artıq hərbi bazası və qoşunlarının olduğu Suriyaya yayıla biləcəyini düşünür. “Rusiya Ukraynanı işğal edərsə, Suriyada da sipər rolunu oynamaqdan çəkinməyəcək”.

O əlavə edib ki, ABŞ Rusiyanın ABŞ-la müharibə etmək istədiyinə inanmır.

Çinlə bağlı Kurilla bildirib ki, Mərkəzi Komandanlıq bölgəsindəki 21 ölkədən 18-i Pekinlə strateji müqavilələr imzalayıb və bu, onun Yaxın Şərqdə inkişafına töhfə verib. Onun fikrincə, ABŞ Çinlə qarşı-qarşıya gəlməyi bacarmalıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button