Dünya

Almaniya XİN başçısından Putinə sərt sözlər…

“G7 ölkələri Rusiya diktatoru Putini məqsədlərinə çatmayacağına inandırmalıdır”.

Jamaz.info “Unian”a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

“Bizim dəstəyimizlə Ukrayna Rusiyanın enerji müharibəsinə və qış hücumuna qarşı müqavimət göstərdi… İndi söhbət Putinə yorğunluq səbəbindən öz məqsədlərinə çatmayacağına dair qətiyyətimizi göstərməkdən gedir”, – o söyləyib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button