Dünya

Almaniya və Fransa Ukraynaya silah verilməsinə dair bəyannaməni təsdiqlədi

Almaniya və Fransa döyüş meydanında vəziyyətin inkişafından asılı olaraq öz hərbi dəstəyini Ukraynaya uyğunlaşdırmaq qərarına gəliblər.
Jamaz.info xəbər verir ki, Qaynarinfo bu barədə yanvarın 22-də Parisdə keçirilən Təhlükəsizlik və Müdafiə Şurasının yekunlarına əsasən təsdiqlənmiş Fransa-Almaniya bəyannaməsinə istinadən məlumat verir.
“Dövlətlər Ukraynanı lazımi imkanlarla təmin etmək və ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün Silahlı Qüvvələri hazırlamaq üçün yardımı yaxından əlaqələndirməyə davam edəcəklər”, deyə sənəddə bildirilir.
Həmçinin qeyd olunur ki, Almaniya və Fransa Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı təcavüzkar müharibəni qətiyyətlə pisləyir və Kiyevə bütün sahələrdə, xüsusən də:
• siyasi, hərbi, iqtisadi, maliyyə, humanitar, sosial və mədəni sahələrdə yardım göstəriləcək;
• qışda lazım olan yardımlar göstəriləcək.
Eyni zamanda, Paris və Berlin Ukraynanın bərpasını dəstəkləməkdə qərarlıdırlar, Aİ-nin bu sahədə liderliyini fəal şəkildə təşviq edəcək və tərəfdaşlarla birgə fəaliyyət göstərəcəklər.
Bəyannamədə vurğulanır ki, “Aİ və G7-dəki tərəfdaşlarla razılaşmaya əsasən, Almaniya və Fransa Ukraynanı lazım olduğu müddətcə dəstəkləyəcək”.
Bundan əlavə, onlar müharibə və digər ağır cinayətlərə görə cəzasızlıqla mübarizə aparmaq əzmindədirlər və günahkarların məsuliyyətə cəlb edilməsi üçün səyləri dəstəkləyəcəklər.
“Biz Prezident Volodimir Zelenskinin ədalətli və davamlı sülh təşəbbüsünü alqışlayırıq və dəstəkləyirik”, deyə bəyannamədə əlavə edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button