Dünya

Alimlər təəccüb içində: Günəşin yaxınlığındakı planetdən Yerə radiodalğa daxil oldu

Dünyanın aparıcı astronomlarının da qatıldığı “Breakthrough Listen” layihəsi yaxın günlərdə başqa planetlərdən daxil olan radio siqnalların hesabatını yaymağa hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, ən maraqlı hesabat isə bu ilin aprel və may aylarında Avstraliyadakı mərkəzin qəbul etdiyi radiosiqnalla bağlı olacaq.

Məlumatda deyilir ki, bu ilin aprel və may aylarında Günəş sisteminə aid olan, habelə Günəşin yaxınlığında yerləşən “Proxima Kentavr”dan 30 saat fasilələrlə radiosiqnallar daxil olub. Alimlər radiodalğaları araşdırmaqla yanaşı, onun hansı mənbədən daxil olduğunu da dəqiqləşdirməyə çalışırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button