Dünya

Alen Simonyan: “Ermənistan Rusiyadan heç bir hərbi və siyasi dəstək ala bilmir”

“Biz KTMT-yə özümüzü kimdən qorumaq üçün daxil olduq? Təbii ki, Türkiyə-Azərbaycan tandemindən. Üzvlüyümüz heç bir başqa ölkədən qorunmaq üçün deyil. Heç olmasa siyasi qiymət verilməli idi. Ermənistan istənilən halda siyasi qiymətin veriləcəyini gözləyərək həmin sənədi imzalamaqdan imtina etdi”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyan bildirib ki, baş nazir Nikol Paşinyanın bəyanatının hansı reaksiya verəcəyini deyə bilməz. O hesab edir ki, sənədə yenidən baxılmalıdır, çünki strukturun təməlində məhz məntiq, iş üsulu qoyulur. “Müqayisə etmək, paralellər aparmaq cəhdi var ki, guya Ermənistana avropalı əsgərlər, silahlı qüvvələr gəlib. Belə bir şey yoxdur. Sərhəddə baş verən vəziyyəti qeydə alan mülki müşahidəçilər var. Sizə deyim ki, onların kifayət qədər böyük çəkindirici gücü var”.

Simonyan və əlavə edib ki, fakt olaraq Ermənistanın Rusiya tərəfdən kifayət qədər hərbi və siyasi dəstəyi yoxdur. “Müharibədən sonra Qaragöl, Fərrux dağı, Cermux istiqamətindəki yüksəkliklər niyə Azərbaycanın əlinə keçdi? Rusiya qoşunlarının burada olmasından danışanda biz suallara cavab almalıyıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button