Dünya

Akşener qayıtmaq üçün şərtlərini açıqladı

“İyi Partiya” rəhbəri Türkiyədə müxalifətin ittifaqı üçün yeni şərtlər irəli sürüb.

Jamaz.info xəbər verir ki, İstanbul və Ankara bələdiyyə sədrləri fikir ayrılıqlarını aradan qaldırmaq üçün “İyi Partiya”nın lideri Meral Akşenerlə danışıqlara gəliblər.

“Türkiyədə müxalifətdə olan “İyi Partiya”nın lideri Meral Akşener Xalq Alyansı üçün yeni şərtlər irəli sürüb. O şərtlər yerinə yetirilərsə, danışıqlar masasına qayıda bilərik”, – partiya sözçüsü Kürşad Zorlu deyib.

Meral Akşener martın 3-də bildirib ki, alyans artıq xalqın real maraqlarını əks etdirmir. Münaqişə ona görə yaranıb ki, daha əvvəl 5 partiya Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini irəli sürmüşdü, “İyi Partiya” isə İstanbul və Ankara bələdiyyə sədrləri – Əkrəm İmamoğlu və Mənsur Yavaşın namizədliyini müzakirə etmək niyyətində idi .

Bildirilir ki, İmamoğlu və Yavaş Akşenerlə görüşmək üçün “İYİ Partiya”nın qərargahına gəliblər və danışıqlardan sonra mətbuat konfransı keçirilməsi planlaşdırılır.

“Yeni təklif verilib. Dedik ki, iki bələdiyyə sədri (İstanbul və Ankara) icraçı vitse-prezident olsun. Xalqımızın səsinə uyğun olaraq Akşener öz təklifini alyansa təqdim etdi. Ümid edirik ki, qəbul olunacaq”, – Zorlu bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də ölkədə ümumi seçkilərin mayın 14-də keçiriləcəyini təsdiqləyib.

Lakin hələ ki, müxalifətin vahid namizədi açıqlanmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button