Dünya

Aİ-dən İrana tələb

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell İranın, Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyi və ölkədə müxalifətə qarşı davam edən repressiyaları pisləyib.

Jamaz.info xəbər verir ki, bu barədə Borrell özünün tviter səhifəsində yazıb. Borrell İordaniyanın ev sahibliyi etdiyi regional konfrans ərəfəsində yazıb:

“İran və Aİ arasında münasibətlərin pisləşməsi fonunda İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə İordaniyada görüş lazım idi. Rusiyaya hərbi dəstəyin və İranda daxili repressiyaların dərhal dayandırılmasının vacibliyini vurğuladıq. Razılaşdıq ki, biz kommunikasiyanı açıq saxlamalı və Vyana danışıqlarına əsaslanan Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etməliyik”.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button