Dünya

Aİ Çin və Ermənistan şirkətlərinə sanksiya hazırlayır

Brüssel Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya yardım göstərdiyinə görə bir sıra Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.

Jamaz.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Rusiya Federasiyası tərəfindən silahlanma üçün istifadə oluna bilən avadanlıqların satışı ilə məşğul olan 7 Çin şirkəti Aİ-yə üzv dövlətlərin bu həftə müzakirə edəcəyi yeni sanksiyalar paketinə daxil edilib.

Qeyd olunub ki, bəzi şirkətlər artıq ABŞ-ın sanksiyalarına məruz qalıb və Avropa İttifaqının hərəkətləri çox güman ki, Brüsseli qlobal təsir uğrunda mübarizədə Vaşinqtonu dəstəkləməkdən çəkindirməyə çalışan Çini qəzəbləndirəcək.

Hazırlanan sanksiya siyahısına Birləşmiş Ərəb Əmirliklərindən 2 və Ermənistandan 1 şirkət də daxildir. Belə bir siyahı Aİ-yə üzv olan 27 ölkənin yekdilliklə təsdiqini tələb edir. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button