Dünya

Afina bunu etsə, Ankara müharibə səbəbi sayacaq

Ankara ilə Dəməşq arasında 11 ildən sonra buzlar əriməyə başlayıb. Bu vəziyyət də Yunanıstanda təşviş yaradıb.

Jamaz.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, yunan mediası da bu yaxınlaşmanın Yunanıstan və Cənubi Kipr üçün ciddi nəticələri olacağını yazıb.

Türkiyənin Suriyanın şimalındakı qoşunlarının bir hissəsini Egeyə yerləşdirmə ssenarisinin Afina üçün mənfi hal ola biləcəyinə diqqət çəkilib.

Yunanları narahat edən daha bir məsələ isə Türkiyənin “Siper” raketlərini sınaqdan keçirməsi olub.

Digər tərəfdən, Yunanıstanın Egeydəki qeyri-qanuni tələbləri də mediada yer alıb. Bildirilir ki, Afinanın ərazi sularını 12 milədək artıracağı ilə bağlı yayılan məlumatların beynəlxalq müstəvidə əsası yoxdur. Əgər Yunanıstan belə bir addım atarsa, Türkiyə bunu müharibə səbəbi hesab edəcək.(axar.az)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button