Dünya

ABŞ və Yaponiyadan Çinə açıq mesaj

ABŞ və Yaponiya növbəti dəfə Çinə qarşı müttəfiq olduqlarını elan ediblər. ABŞ-ın müdafiə naziri Lloyd Austin Yaponiyaya qarşı istənilən hücuma, o cümlədən mübahisəli Senkaku adalarına nüvə silahı da daxil olmaqla, bütün hərbi qüvvələri ilə cavab veriləcəyini bildirib.

Jamaz.info xəbər verir ki, ABŞ və Yaponiyanın xarici işlər və müdafiə nazirləri Vaşinqtonda Təhlükəsizlik Məsləhət Komitəsinin iclasında Çinə qarşı mövqe tutmaq üçün yeni addımları müzakirə ediblər.

Dörd nazir görüşdən sonra birgə mətbuat konfransı keçirib və burada Çinə qarşı “genişlənmiş çəkindirmə” məsələsini müzakirə ediblər.

ABŞ-ın müdafiə naziri Ostin tarixi qərar verməklə ABŞ-ın Yaponiyada hərbi yerləşdirməsini optimallaşdıracaqlarını bildirib.

Ostin ABŞ-ın Okinavadakı 12-ci Artilleriya Alayının 12-ci Dəniz Piyadaları Sahil Alayına çevriləcəyini söyləyib.

Bu prosesin 2025-ci ilə qədər davam edəcəyini açıqlayan Ostin, bu alayın ABŞ ordusunun yeni güc konsepsiyası çərçivəsində yaradılacağını və qabaqcıl texnologiya kəşfiyyatı, müşahidə, kəşfiyyat və uzaq mənzilli gəmi əleyhinə sistemlərlə təchiz ediləcəyini bildirib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button