Dünya

ABŞ və Çin liderləri Ukraynada nüvə silahının tətbiqinə…

ABŞ Prezidenti Co Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş başa çatıb.

JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ağ Evin rəsmi internet səhifəsində bildirilib.

Qeyd olunub ki, görüş zamanı liderlər iki ölkə arasında münaqişələrin qarşısını almaq üçün iş prinsiplərinin hazırlanmasına dair razılığa gəliblər.

Bayden həmsöhbətinə bildirib ki, ABŞ və Çin arasında aktiv rəqabət bundan sonra da davam edəcək və ölkələrin münaqişələrə sürüklənməsinin qarşısını almaq üçün addımlar atılacaq.

Müzakirələr zamanı, həmçinin Ukraynadakı vəziyyətə də toxunulub və hər iki ölkə lideri Ukraynada nüvə silahının tətbiq olunması barədə təhdidlərə qarşı çıxdıqlarını bəyan edib.

Onlar nüvə müharibəsi aparılmasının mümkünsüzlüyü və qalib tərəfin olmayacağı barədə razılığa gəliblər.(apa)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button