Dünya

ABŞ Ukraynaya “Patriot” sistemlərinin tədarükü üçün hazırlaşır

ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Kiyevə tədarükü üçün hazırlıqlar başlayıb.

Jamaz.info Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba jurnalistlərə bildirib.

“Patriot” komplekslərinin tezliklə Ukraynaya çatdırılmasını gözləyirik. Artıq həmin sistemlərin tədarükü ilə bağlı hazırlıqlar başlayıb”, – Dmitro Kuleba belə deyib. Nazirin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski və müvafiq qurumlar silah tədarükü ilə bağlı yeni qərarlar üzərində işləyir.

Dekabrın əvvəlində ABŞ-ın hakimiyyət orqanları Ukraynaya ilk dəfə “Patriot” zenit raket kompleksi batareyasının da daxil olacağı 1,85 milyard dollarlıq yeni hərbi yardım paketini elan edib. Moskva isə öz növbəsində Vaşinqtona xəbərdarlıq edib ki, Kiyevə bu cür silahlar verməsin. Əks-təqdirdə “Patriot” kompleksləri Rusiya ordusunun qanuni hədəfinə çevriləcək.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button