Dünya

ABŞ Ukraynaya nə üçün yardım edir? – Ağ Ev səbəbləri bir-bir açıqladı

Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukraynaya yardımı davam etdirməsinin vacibliyinin səbəblərini açıqlayıb.
Jamaz.info “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bu barədə Kirbi brifinq zamanı danışıb.
O, xüsusi olaraq xəbərdarlıq edib ki, Ukrayna məğlubiyyəti gələcəkdə amerikalılara daha çox pul və hətta “Amerika qanı” bahasına başa gələ bilər.
Kirbi jurnalistin “ABŞ-ın Ukraynadakı müharibədə bu qədər fəal iştirakının nə üçün vacib olduğunu tam və ya aydın başa düşməyən amerikalı seçicilərə” bunu izah etmək istəyinə cavab verməli olub.
Ağ Evin sözçüsü ilk növbədə ABŞ prezidenti Co Baydenin Varşavadakı çıxışını dinləməyi tövsiyə edib, həmin çıxışında o, “Ukraynanın və bu müharibənin nə üçün vacib olduğunu çox aydın və inandırıcı şəkildə izah edib”.
O, həmçinin Ukraynaya döyüş meydanında qalib gəlməyə kömək etmək üçün aşağıdakı 3 səbəbi ifadə edib.
Con Kirbi birinci səbəbi “müstəqillik uğrunda müharibə” adlandırıb.

“Bayağı olsa da, həqiqətdir ki, bu, müstəqillik, bir ölkə kimi mövcud olmaq üçün qanuni haqq uğrunda müharibədir. Əgər planetdə hər hansı bir millət bunun mahiyyətini anlayırsa, bu, məhz Amerika Birləşmiş Ştatlarıdır, çünki biz ən azı iki dəfə müstəqilliyimiz uğrunda mübarizə aparmalı olmuşuq”, – Kirbi deyib.
Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru əlavə edib: “Bunun üçün bizə xarici yardım lazım idi”.
İkinci səbəb, rəsminin fikrincə, “ərzaq böhranı və qlobal iqtisadi təsirdir”.
“Ukraynada müharibənin o qədər uzaqda olduğunu və bunun onlara təsir etmədiyini düşünənlər üçün mən sizdən xahiş edərdim ki, yayı və yüksək qaz qiymətlərini xatırlayasınız… Rusiyanın hərəkətlərinin törətdiyi ümumi iqtisadi təsirə, qlobal cənub və orta gəlirli ölkələrdə ərzaq təhlükəsizliyinə, ərzaq çatışmazlığına, enerji təhlükəsizliyinə baxın. Buna müharibə səbəb oldu”, – o deyib.
Nəhayət, Kirbi Rusiya prezidenti Vladimir Putinin silahının dünyaya təsirini sadalayıb.
Onun sözlərinə görə, əgər tərəfdaşlar “əllərini sallayıb” Putinə sadəcə olaraq “istədiyini almağa” – Ukraynanı ələ keçirməyə imkan versələr, o zaman Rusiya Federasiyasının prezidenti bununla kifayətlənməyəcək. Kirbi sual edib: Bəs onun növbəti hədəfi nə olacaq? İndi bunları etməsək, gələcəkdə indikindən dəfələrlə çox pul və qana, xüsusən də amerikalı qanının axmasına səbəb olacaq”.(Qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button