Dünya

ABŞ Ukraynaya daha təkmil tanklar verəcək

Amerika Birləşmiş Ştatları Ukraynaya M1A2 Abrams tanklarının ixrac konfiqurasiyasında təkmilləşdirilmiş versiyasını göndərəcək, tərkibində gizli zireh ərintisi olmayacaq .

Jamaz.info xəbər verir ki, bu barədə “ Politico” yazır.

Aydınlaşdırılır ki, Ağ Evin siyasəti tükənmiş uran əsasında zirehlə qorunan Abrams tanklarının ixracını qadağan edir.

Belə bir ərinti gizlidir və xarici ölkələrə satıldıqda, başqa zirehlərlə əvəz olunur.

Xatırladaq ki, Vaşinqton Ukraynaya Abrams tanklarından ibarət batalyon kompleksinin göndərildiyini elan edib. Ümumilikdə Kiyev rejiminə 31 döyüş maşını veriləcək. Almaniya, Böyük Britaniya və digər Qərb ölkələri Kiyevə tank tədarük edəcəklərini vəd ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button