Dünya

ABŞ Ukraynaya əlavə hərbi yardım göndərməyəcək

Ukrayna-Rusiya sərhədində baş verənlərə görə ABŞ Ukraynaya əlavə hərbi yardım göndərməyi planlaşdırmır. 

TASS-ın dekabrın 9-da verdiyi məlumata görə, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi deyib.

“Ukraynaya əlavə hərbi yardım göndərmək barədə açıqlamamız və ya qərarımız yoxdur”, – deyə hərbi qurumun nümayəndəsi qeyd edib.

Kirbi xatırladıb ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden Ukraynaya 60 milyon dollar həcmində hərbi yardım paketini təsdiq edib. Bu həftə ABŞ həmin yardım çərçivəsində atıcı silahlardan və sursatlardan ibarət son partiyanı Kiyevə göndərəcək.

Son günlər mətbuatda yayılan xəbərlərdə Bayden administrasiyasının Rusiya ilə müharibə təhlükəsiylə üzləşən Ukraynaya əlavə hərbi yardım göstərə biləcəyi iddia olunurdu.

ABŞ Prezidenti bundan əvvəlki açıqlamalarında bildirmişdi ki, əgər Rusiya Ukraynaya qarşı hücumu keçsə, bunun nəticələri rəsmi Moskva üçün çox ağır olacaq.
ABŞ və Rusiya dövlət başçılarının iki gün əvvəl video-konfrans formatında baş tutan görüşündə də Ukrayna məsələsi müzakirə olunmuşdu. Və ABŞ tərəfi Rusiyaya növbəti dəfə bu məsələylə əlaqədaq xəbədarlıq etmişdi.

Bundan əvvəl ABŞ-ın kəşfiyyat orqanları Rusiyanın Ukrayna sərhəddində 100 mindən çox hərbi qulluqçudan ibarət qoşun yığdığını və yanvarda Ukraynaya qarşı müxtəlif cəbhələrdən hücum keçməyə hazırlaşdığı barədə məlumat vermişdi. Ukrayna tərəfi də Qərb tərəfdaşlarına potensial hücumla bağlı xəbərdarlıqlar etmişdi.
Rusiya tərəfi isə öz növbəsində Ukrayanaya qarşı hücuma keçmək nyyətində olmadıqlarını, bununla belə ölkənin “maraqlarını sonacan müdafiə edəcəklərini” bildiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button