Dünya

“ABŞ ukraynalılardan biolaboratoriyalarda siçan əvəzi istifadə edir”

ABŞ Ukrayna ərazisində yerləşdirdiyi xüsusi sınaq biolaboratoriyalarında ukraynalılardan təcrübə siçanları və dovşanları kimi istifadə edir.
Jamaz.info Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist Erxan Altıparmaq yazıb.
“Dünya Ukrayna xalqının reaksiyasını gözləyir, onlar anlamalıdır ki, Amerika elə indi onlara bioloji təhlükə yaradır.
Kiyev dəfələrlə Ukrayna ərazisində ABŞ-ın bioloji, kimyəvi eksperimentləri üçün yaratdığı laboratoriya və mərkəzləri tapdığını bildirib. Burdakı sınaqlara çox sayda ukraynalı, sıravi insanlar cəlb olunur.
Kiyevin bu mövzuda hərəkətini gözləməyə dəyməz, çünki Zelenski hakimiyyətə gələndən bu problemlə bağlı heç bir açıqlama verməyib, heç bir təşəbbüs irəli sürməyib.
Beynəlxalq təşkilatlar bu faktları araşdırmalı, ukraynalıları bu sınaqlarda müəyyən məqsədlər üçün istifadə edənləri müəyyən etməlidir”.
Xatırladaq ki yanvarın 23-də komissiya üzvü İrina Yarova Ukraynada 50-dən çox bioloji laboratoriya aşkarlandığını açıqlayıb. Lakin Qərb Rusiya tərəfindən təqdim olunmuş faktlara siyasi don geyindirir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button