Dünya

“ABŞ Rusiyaya həlledici zərbəni payızda vuracaq”

Rusiya ilə ABŞ arasında gərginlik pik həddədir. Lakin bu son deyil. JAMAZ.İNFO xəbər verir ki, Rusiyaya ard-arda sanskiayalar tətbiq edən Ağ Ev, həmçinin Şimal qonşumuzun diplomatlarına da qapını göstərib. 

Bundan başqa, məhz ABŞ-ın təlimatı əsasında Şərqi Avropa ölkələri, xüsusən də Çexiya rus diplomatları ölkədən çıxarıb. Prosesə bu gündən Pribaltika ölkələri də qoşulmağa başlayıblar. Ukrayna isə Qərb dövlətlərinə çağırış edərək, Rusiyanı SWIFT sistemindən çıxarılmasını və daha ağır sanksiyaların tətbiq edilməsini istəyib. ABŞ bütün baş verənlər  fonunda hələlik gözləmə mövqeyindədir. Hərçənd Kreml onun səfirini artıq ölkədən məcburi qaydada çıxarıb. Üstəlik, ABŞ prezidenti Co Bayden Rusiya dövlət başçısı Vladimir Putinlə üçüncü bir ölkədə görüşməyə hazır olduğunu bəyan edib.

Moskvada fikirləşirlər ki, Bayden bütün gücü ilə Rusiyaya müharibə elan edib. Və bütün “cəbhələrdə” Moskva ilə savaşmaqda israrlıdır. Məsələn, diplomatların qovulması, sanksiyaların tətbiqi və bu qəbildə olan hadisələr işin başlanğıcıdır. Düzdür, onlar gərginliyin pik həddə çatdığını qeyd edirlər. Amma prosesin əsas kuliminasiya nöqtəsinin payızda olacağını düşünürlər.

JAMAZ.İNFO xəbər verir ki, rus ekspertlər hazırda ABŞ-ın Rusiyanın daxilində bir sıra işlər gördüyünü qeyd edirlər. Onların sözlərinə görə, Ağ Evin təmkinlə və həyacanlı bir şəkildə Rusiya məsələsinə girişməsi sanksiya və ya digər məsələlərlə yekunlaşmayacaq. Əksinə, Kremlə daha ciddi zərbə vurmaq üçün daxildəki imkanlarından yararlanacaq. Məsələn, “Russtar” Analitik Mərkəzinin ekspertlərinin rəyinə görə, payızda Rusiyada həm Dövlət Dumasına, həm də regionlarda seçkilər keçiriləcək. Ekspertlər bildirir ki, Duma seçkiləri Mmoskva üçün hər nə qədər əhəmiyyətli olsa da, regiondakı seçkilər ondan daha vacib kimi görünür. Çünki ABŞ-ın yapışacağı ən həssas yer Rusiyanın regionlarıdır.

Elə bu səbəbdən də “Russtar”ın analitikləri hesab edirlər ki, kifayət qədər narazılığın olduğu və sosial problemlər içində boğulan Rusiyanın regionları Ağ Evin planlarını icra etməsi üçün işə yarayacaq. “Narazılıqların aksiyalara çevrilməsi, Putin hakimiyyətinə qarşı total etirazların təşkili və digər planların icrası üçün payız seçkilərindən əlverişli vaxt düşünülə bilməz. Rusiya hakimiyyəti bunun qarşısını almaqda aciz deyil. Lakin tam almaq gücündən də uzaqdır. Ona görə ki, Kremldə əyləşənlər bir çox məsələlərin qısa müddətdə həll olunması imkanlarının olmadığının fərqindədirlər. Məhz bu səbəbdən də Rusiyanı “qaynar payız” gözləyir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button