Dünya

ABŞ Rusiyaya daha bir sanksiya tətbiq etdi

ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edib. JAMAZ.İNFO xəbər verir ki, tətbiq olunan yeni sanksiyalar Rusiyanın “Kosmos Komplekt”, “Sovtest Komp” və rus vətəndaşı İlyas Sabirovu əhatə edib.

ABŞ Ticarət Nazirliyinin yaydığı məlumata görə, sanksiyalar Çin, Pakistan, Malta, BƏƏ və daha bir neçə Avropa ölkəsindən olan 78 nəfərə də şamil edilib. Nazirlikdən, rus şirkətlərinin fəaliyyətinin təhlükə yaratması, habelə şübhəli hesablaşmalar həyata keçirmələri səbəbindən onlarə və onlarla əməkdaşlıq edən şirkətlərin “qara siyahı”ya salınacağını bildirib.

Xatırladaq ki, ABŞ bir neçə gün əvvəl də Rusiyaya daha bir neçə sanksiya tətbiq etmişdi. Həmin sanksiyalar isə Çeçenistanın “Axmat” futbol klubunu və Axmat Kadırov adına Fondu əhatə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button