Dünya

ABŞ Rusiya neft məhsullarına qarşı yeni sanksiyalar hazırlayır

Gələn ay Qərb ölkələri Rusiyanın neft sektoruna qarşı sanksiyaların yeni mərhələsini tətbiq edəcək.

Jamaz.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

“ABŞ və müttəfiqləri Rusiyanın neft sənayesinə qarşı sanksiyaların yeni mərhələsini hazırlayır. Bunun məqsədi Rusiyanın ixrac etdiyi emal olunmuş neft məhsullarının qiymətini məhdudlaşdırmaqdır”, – məlumatda deyilir.

Qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyinin nümayəndələri bu həftə Avropanın müxtəlif ölkələrində bir sıra görüşlər keçirərək, fevralın 5-dən qüvvəyə minməli olan yeni sanksiyaların təfərrüatlarını razılaşdırmağa çalışıblar.

“Sanksiyalar Rusiyanın emal məhsullarına iki qiymət həddi qoyacaq: biri dizel yanacağı kimi yüksək qiymətli ixraca, digəri isə soba yağı kimi ucuz məhsullara”, – WSJ bildirib.

Qeyd olunur ki, təklif olunan yeni sanksiyalar Rusiyanın enerji gəlirləri əldə etməsini daha da çətinləşdirməyə hesablanıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button